Türkiyənin Antalya şəhərində cüdo üzrə "Böyük Dəbilqə" turnirinə start verilib. Matc.az xəbər verir ki, yarışın ilk günü mübarizəyə Azərbaycanın yeddi idmançısı  - Turan Bayramov, Rövşən Əliyev, Yaşar Nəcəfov, Orxan Səfərov, Şəfəq Həmidova, Leyla Əliyeva və Gültac Məmmədəliyeva da qoşulub. Bu gün həmyerlilərimiz üçün fiasko ilə nəticələnib. Belə ki, cüdoçularımızın heç biri mükafatçılar arasına deşə bilməyib.  

Kişilər
60 kq

Turan Bayramov  1/16 finalda Felipe Dakruza (Livan) qalib gəlsə də, növbəti sınağında Angelo Pantanoya uduzub.

Rövşən Əliyev yarışa Dilşot Xalmatov (Ukrayna) üzərində qələbə ilə start verib. 1/8 finalda isə özbəkistanlı Dişlodbek Baratovla bacarmayıb.

66 kq

Mübarizəyə təsnifat mərhələsindən başlayan Yaşar Nəcəfov Adonis Diasa (ABŞ) uduzub. 

Orxan Səfərov isə 1/16 finalda İsayya Ramiresə (ABŞ) qalib gələrək,  növbəti mərhələyə adlayıb. Daha sonra Abubakr Şerov (Tacikistan) və Strahinya Bunçiçi (Serbiya) üstələyən həmyerlimiz yarımfinala vəsiqə qazanıb. Təəssüf ki, Səfərov burada braziliyalı cüdoçuya uduzaraq, qızış medal şansını itirib. Orxan zədələndiyindən bürünc medal uğrunda təsəlliverici görüşə çıxmayıb.   

Qadınlar

48 kq

Şəfəq Həmidova 1/16 finalda  Andrea Stoyadinova (Serbiya) ilə dueldən məğlub ayrılıb. Bu çəkidəki digər təmsilçimiz  Leyla Əliyeva  Aliani Kubkarbonnel Yuliana (Kuba) üzərində qələbə sayəsində 1/8 finala yüksəlsə də, növbəti sınağında çin təmsilçisinə yenilib.

52 kq

Gültac Məmmədəliyeva 1/16 finalda Qaxar İrmaqambetovanı (Qazaxıstan) məğlub edərək, növbəti mərhələyə çıxsa da, bu dəfə britaniyalı rəqibinə uduzub. 

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest