03 Aprel 2022, 22:43
DÖYÜŞ NÖVLƏRİ
Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə Avropa çempionatına yekun vurulub.
Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə Avropa çempionatına yekun vurulub. Matc.az xəbər verir ki, Yunan-Roma güləşi üzrə Azərbaycan millisi qitə birinciliyində tarixi uğura imza atıb.
Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında 10 güləşçiylə yarışda təmsil olunan komandamızın 8 üzvü fəxri kürsüyə qalxıb. Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb. Onlar komandaya müvafiq olaraq 25, 20 və 15 xal qazandırıblar. Beşinci yeri tutan Murat Lokyayevlə (97 kq) Beka Kandelaki (130 kq) isə 10 xalı millimizin xal ehtiyatına əlavə edib.
Beləliklə, yığmamız 165 xalla tarixində ilk dəfə komanda hesabında Avropa çempionu olub! Türkiyə 150 xalla 2-ci, Gürcüstan isə 114 xalla 3-cü yeri tutub. Həm medalların sayına, həm əyarına, həm də toplanan xallara görə Azərbaycan yunan-Roma güləşi tarixində yeni rekordun qeydə alındığını da nəzərinizə çatdıraq.
Xatırladaq ki, bir neçə gün öncə sərbəst güləş millimiz də komanda hesabında Avropa çempionu olub.