"Neftçi"nin zədəli hücumçusu Ramon Maçado durumu ilə bağlı klub televiziyasına açıqlama verib. Matc.az xəbər verir ki, braziliyalı futbolçu Premyer Liqanın 20-ci turunda "Qəbələ"yə qarşı keçirdikləri matçda zədələndiyini xatırladıb:
 
"Oyunda ağır zədə almışdım və bu səbəbdən, tezliklə qayıtmaq çətin idi. Bu gün zədədən sonra komanda ilə ikinci məşqimə çıxdım. Yoldaşlarıma kömək edə bilmədiyimə görə hirslənirdim. Amma oyunlarda komandanın yanında idim və dəstək olurdum. "Zirə" ilə görüş 1:1 hesabı ilə bitsə də, üzülmürük. Növbəti görüşlərə baxacağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest