"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun 50 illik yubileyinə UEFA da biganə qalmayıb.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun 50 illik yubileyinə UEFA da biganə qalmayıb. Matc.az xəbər verir ki, qitə futbol qurumu rəsmi "Tvitter" səhifəsində Qurbanovu təbrik edib.
 
Ağdam klubunun avrokuboklardakı matçlarından videogörüntülərin yer aldığı paylaşımda yazılıb: 
 
"Uzunmüddətli baş məşqçi, Azərbaycan futbolunun canlı əfsanəsi Qurban Qurbanov".
 
Qurban Qurbanov 2008-ci ildən "Qarabağ"ın baş məşqçisidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest