07 Fevral 2019, 14:40
AVRO-2024
UEFA 2019/20 mövsümündə rekord qazanc əldə etməyi planlaşdırır. Matc.az xəbər verir ki, bunu qurumun İtaliya paytaxtı Romada keçirilən Konqresində qurumun maliyyə direktoru Yozef Koller açıqlayıb.
O bildirib ki, büdcəyə gələcək vəsaitin məbləğində artım olacağı gözlənilir: "UEFA-nın 2019/20 mövsümü üçün büdcəsinin əsasını AVRO-2020 təşkil edəcək. Bu da təşkilatın qazancını artırmağa imkan verəcək. Rəqəmin rekord həddə - 5 milyard 725 milyon avro olacağını planlaşdırırıq. Qarşıdakı Avropa çempionatının gətirəcəyi gəlir isə 2 milyardı keçməlidi. AVRO-2016-da bu rəqəm 1,9 milyard idi".
Qeyd edək ki, AVRO-2020 qitənin 12 şəhərində keçiriləcək. Bu şəhərlər arasında olan Azərbaycan paytaxtı Bakıda 4 matç təşkil olunacaq.