Türkiyənin "trtspor.com.tr" saytında "Qarabağ"ın futbolçusu Ramil Şeydayev haqqında yazıya yer verilib. Matc.az xəbər verir ki, saytın "İndi haradadır?" rubrikasında bu dəfə azərbaycanlı hücumçuya yer verilib. 2016-2018-ci illərdə "Trabzonspor"da olan, Qaradəniz təmsilçisində cəmi 3 oyun keçirən Ramillə bağlı bunlar yazılıb:
 
"Sankt-Peterburq doğumlu olan Şeydayev peşəkar karyerasına Rusiyada başlayıb. "Zenit"in ikinci komandasında və "Rubin"də oynayan azərbaycanlı hücumçu 2016-cı ildə hələ 20 yaşında ikən "Trabzonspor"la müqavilə imzaladı. Burada gözlədiyi şansı tapa bilməyən oyunçu Türkiyə karyerasında cəmi 3 rəsmi oyuna çıxdı. Qarşıdakı illərdə "Jilina" və "Qarabağ"da icarə əsasında oynamış forvard, 2018-ci ildə "Krılya Sovetov"la müqavilə imzalayaraq Rusiyaya qayıtdı.
 
Rusiyada bir mövsüm də "Dinamo" (Moskva) klubunda oynayan Şeydayev 2020-ci ildə "Sabah"a keçərək yenidən Azərbaycan Premyer Liqasında oynamağa başladı. 26 yaşlı hücumçu hazırda ötən yay müqavilə imzaladığı "Qarabağ"da ikinci dönəmini yaşayır".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest