14 Aprel 2022, 21:25
DÖYÜŞ NÖVLƏRİ
Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayevin peşəkarların mübarizə apardığı "Karate Combat"dakı növbəti döyüşünün vaxtı açıqlanıb.
Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayevin peşəkarların mübarizə apardığı "Karate Combat"dakı növbəti döyüşünün vaxtı açıqlanıb. Matc.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, 37 yaşlı titullu idmançı iyunun 11-də Macarıstan təmsilçisi Jolt Habda ilə qarşılaşacaq. Görüş ABŞ-ın Florida ştatının Orlando şəhərində baş tutacaq.
Bu, turnirdə yeni mövsümün sayca 3-cü döyüşü olacaq.