Qadınlardan ibarət yığmanın heyətində isə iki cüdoçunun adı yer alıb. Bunlar Şəfəq Həmidova və Ramilə Əliyevadır. Onların hər ikisi 48 kq-da qüvvəsini sınayacaq.

Aprelin 29-da Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək cüdoçuların adları açıqlanıb. Matc.az xəbər verir ki, üç gün davam edəcək qitə birinciliyinə kişilərdən ibarət yığma maksimum - 9 nəfərlik heyətlə qatılacaq.
 
Məşqçilər korpusu məsul yarışda Balabəy Ağayev, Əhməd Yusifov (hər ikisi 60 kq), İbrahim Əliyev, Yaşar Nəcəfov (hər ikisi 66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq, Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və Uşanqi Kokauriyə (+100 kq) şans verəcək.
 
Qadınlardan ibarət yığmanın heyətində isə iki cüdoçunun adı yer alıb. Bunlar Şəfəq Həmidova və Ramilə Əliyevadır. Onların hər ikisi 48 kq-da qüvvəsini sınayacaq.
 
Qeyd edək ki, bu günədək 40 ölkədən 366 cüdoçunun Avropa çempionatında iştirakı təsdiqlənib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest