Azərbaycan millisinin və Almaniyanın "Ersgebirge" klubunun futbolçusu Dmitri Nazarov səfərdə "Haydenhaym"a 2:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Azərbaycan millisinin və Almaniyanın "Ersgebirge" klubunun futbolçusu Dmitri Nazarov səfərdə "Haydenhaym"a 2:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 2-ci Bundesliqanın 30-cu turu çərçivəsində baş tutan matçdan sonra bunları söyləyib:
 
"Qalan oyunlara da bu cür yanaşsaq, liqada qalmaq şansımız arta bilər. Cəsarətli oyun bizə vacib xallar qazandırdı. Bu amil bizi fərqləndirdi. özümüzlə fəxr edirik. Heç kim turnir cədvəlinə baxmasın, biz qalib gəlməyə çalışırıq. Aşağı sıralarda olmağımıza baxmayaraq hələ də təzyiq altında çıxış edirik. çoxları düşünə bilər ki, biz sərbəst oynayırıq. Amma belə deyil. öz simamımızı qorumağa çalışırıq. Mənim üçün ən həlledici məqam budur. Bu qələbə bizim üçün çox yaxşı oldu".
 
"Ertsgebirge" hazırda 22 xalla 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest