Tur autsayderlə çempionun dueli ilə başlayıb. “Yasamal” İSK “Araz”a müqavimət göstərə bilməyib. 14:2 hesablı qələbə Naxçıvan təmsilçisini zirvəyə daşıyıb.
Bu gün futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında XVII turun oyunları keçirilib. Matc.az xəbər verir ki, günün hər üç qarşılaşması Bakı İdman Sarayında baş tutub.
Son turların hərəsində bir oyun baş tutmasa da, bu dəfə bütün qarşılaşmalar keçirilib. Çünki iki matça çıxmayan “Yasamal” MFK bu dəfə istirahət edib.
Tur autsayderlə çempionun dueli ilə başlayıb. “Yasamal” İSK “Araz”a müqavimət göstərə bilməyib. 14:2 hesablı qələbə Naxçıvan təmsilçisini zirvəyə daşıyıb.
Ardınca isə liderlərin qəniminə çevrilən “Xəzər Cənub” EKOL-la görüşüb. Lənkəran təmsilçisi çempionatın liderini 5:2 hesabı ilə yenərək “taxtdan salıb”.
Günə “Neftçi” İK və “Liman”ın matçı ilə yekun vurulub. “Ağ-qaralar” rəqibini müqavimətsiz darmadağın edib.
Yüksək Liqa
XVII tur
8 fevral
Yasamal İSK – Araz - 4:12
Bakı İdman Sarayı. Hakimlər: Azad Hüseynov, Rahin Heybətov, Vaqif Musayev
Xəzər Cənub – EKOL - 5:2
Bakı İdman Sarayı. Hakimlər: Azər Əsgərov, Mehman Mahmudov, İsgəndər Əliyev
Liman – Neftçi İK - 2:11
Bakı İdman Sarayı. Hakimlər: Ramil Namazov, Anar Fərəcov, Vüsal Balaşov
1. |
Araz |
15 |
10 |
4 |
1 |
120 - 34 |
34 |
2. |
EKOL |
14 |
10 |
2 |
2 |
106 - 33 |
32 |
3. |
Neftçi İK |
15 |
11 |
0 |
4 |
80 - 41 |
33 |
4. |
Xəzər Cənub |
15 |
8 |
3 |
4 |
132 - 50 |
27 |
5. |
Yasamal MFK |
14 |
4 |
1 |
9 |
70 - 66 |
13 |
6. |
Liman |
14 |
2 |
0 |
12 |
42 - 147 |
6 |
7. |
Yasamal İSK |
15 |
1 |
0 |
14 |
45 – 224 |
3 |