21 Aprel 2022, 12:56
DÖYÜŞ NÖVLƏRİ
Məşhur keçmiş boksçu Mayk Tayson Rusiya – Ukrayna müharibəsi ilə bağlı paylaşım edib. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, Tayson, paylaşımında ukraynalıların ruslara keçmişdən bələd olduğunu yazıb:
"Mən Kliçko (Vladimir və Vitali Kliçko qardaşları, keçmiş boksçular) qardaşlarını yaxşı tanıyıram. Tarix sübut edir ki, ukraynalılar güclü adamlardır, onlar ruslara keçmişdən bələddirlər. Bu, bəşəri müharibədir. Yaşasın Ukrayna!"
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.