24 Aprel 2022, 00:59
DÖYÜŞ NÖVLƏRİ
Fransanın Strasburq şəhərində yeniyetmə cüdoçular arasında Avropa kubokuna start verilib. Matc.az xəbər verir ki, Azərbaycan cüdoçuları ilk gündə 7 medal qazanıblar.
-50 kq çəki dərəcəsində yarışan cüdoçularımız Xaliq Məmmədov fransalı rəqibi Elyas Kpadonouya, Məhəmməd Məmişov isə fransalı rəqibi Tiaqo Talonaya qalib gələrək bürünc əldə edib.
-55 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Musayev final görüşündə fransalı cüdoçu Dicob Zaçarie ilə qarşılaşıb və yekunda gümüş medal qazanıb. Eyni çəki dərəcəsində mübarizə aparan Şahin Oruczadə portuqaliyalı cüdoçu Qonsalo Lampreyaya qalib gələrək bürünc medal qazanıb.
-60 kq çəki dərəcəsində yarışan Nizami İmranov fransalı Dayyan Boulemtafesə qalib gələrək qızıl medala layiq görülüb.
-66 kq. çəki dərəcəsində yarışan Əbil Yusubov almaniyalı rəqibi Adam Toszegiyə qalib gələrək bürünc medala layiq görülüb. Eyni çəki dərəcəsində mübarizə aparan Nicat Nağıyev isə finalda fransalı idmançı Kiliyan Noellə qarşılaşıb və yekunda gümüş medala yiyələnib.