Polşanın Poznan şəhərində gənclər arasında keçirilən cüdo üzrə Avropa kubokuna yekun vurulub. Matc.az xəbər verir ki, Azərbaycan millisi bu turniri 5 medalla başa vurub.
 
Bu gün Vüqar Talıbov (90 kq) finalda İsrail təmsilçisi Roy Sivana qalib gələrək qızıl medala yiyələnib.
 
Könül Əliyeva (48 kq) və Səbinə Əliyeva (57 kq) isə həlledici görüşlərini məğlubiyyətlə başa vurduqları üçün gümüş medalla kifayətləniblər.
 
Xatırladaq ki, ilk gündə Aytac Qardaşxanlı (63 kq) qızıl, Qədir Hüseynov (73 kq) isə bürünc medal qazanmışdı.
 
Beləliklə, Poznana 22 idmançı ilə yollanan komandamız bu turnirdə 2 qızıl, 2 gümüş və 1 bürünc medal əldə edib. Azərbaycan yığması yarışı ümumi sıralamada ikinci, qızlar arasında isə birinci yerdə tamamlayıb.
 
Avropa kubokununda Azərbaycan Cüdo Federasiyasının iki beynəlxalq dərəcəli hakimi - Məhəmmədəli Quluzadə və Akif Tahirov da təyinat alıb. Eyni tarixlərdə Xorvatiyanın Dubrovnik şəhərində keçirilən böyüklər arasında Avropa kubokunda isə ACF-in beynəlxalq dərəcəli hakimi Nazim Umbayev həlledici yarışları idarə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest