25 Aprel 2022, 12:07
DÖYÜŞ NÖVLƏRİ
Azərbaycan karateçiləri 22-24 aprel tarixlərində Portuqaliyanın Matasinyoş şəhərində Karate1 Premyer Liqa turnirini 2 medalla başa vurub. Matc.az xəbər verir ki, mükafatların hər ikisi gümüşdür.
Fərid Ağayev (-75 kq) və İrina Zaraetska (-68 kq) finalda qızıl medalları əldən verib. Tural Ağalarzadə (-67 kq) və Asiman Qurbanlı (84+ kq) isə bürünc medal görüşündə mükafatsız qalıb.
Beynəlxalq hakim Cahangir Babayev final görüşlərini idarə edən referilər arasında olub.
Portuqaliyada mövsümün ikinci Karate1 Premyer Liqa turnirində 58 ölkədən 351 idmançı iştirak edib. Qarşıda Azərbaycan karateçilərini mayda Mərakeşin paytaxtı Rabatda nüfuzlu turnirin növbəti mərhələsi gözləyir.
Turnir ərəfəsində Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov Dünya Karate Federasiyasının prezidenti Antonio Espinosla görüşərək, sentyabrda Bakıda Karate1 Premyer Liqa turnirinin 4-cü mərhələsinə hazırlıq işlərini müzakirə edib. Bəşirov həmçinin idmançıları mükafatlandırma mərasimində iştirak edib.