26 Aprel 2022, 11:43
DÖYÜŞ NÖVLƏRİ
"Dünən gənc idmançılar məşqdən sonra soyuq su içdikləri üçün mədələrində yüngül narahatlıq hiss ediblər. Onlar müayinə üçün xəstəxanaya aparılıblar və cəmi 2 saat ərzində müayinə olunduqdan sonra kompleksə geri qaydıblar"
Dünən Göygöl Olimpiya İdman Kompleksində bir qrup gənc cüdoçunun zəhərlənməsi ilə bağlı xəbər yayılıb. Matc.az xəbər verir ki, 15 nəfər gənc idmançı ürəkbulanma, hərarət və qusma əlamətləri ilə xəstəxanaya müraciət edib, həmin şəxslər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Məsələ barədə kompleksin direktoru Mövlud Mirəliyevin açıqlama verib: "Dünən gənc idmançılar məşqdən sonra soyuq su içdikləri üçün mədələrində yüngül narahatlıq hiss ediblər. Onlar müayinə üçün xəstəxanaya aparılıblar və cəmi 2 saat ərzində müayinə olunduqdan sonra kompleksə geri qaydıblar. Həmin idmançıların səhhətləri normaldır, özlərini yaxşı hiss edirlər. Hazırda məşqlərinə davam edirlər. Buna baxmayaraq, onlardan götürülmüş nümunələr test üçün laboratoriyaya göndərilib. Nəticəsi barədə əlavə informasiya veriləcək".