Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli təyinat alıb. Matc.az xəbər verir ki, Səmədli qadın futbolçulardan ibarət komandalar arasında futzal üzrə Avropa çempionatının ilkin seçmə mərhələsinin C qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.
 
Bu qrupda Sloveniya, Qazaxıstan, Bosniya və Herseqovina və Litva milli komandaları mübarizə aparacaq. Oyunlar may 11-dən 14-dək Litvada təşkil olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest