30 Aprel 2022, 22:00
DÖYÜŞ NÖVLƏRİ
Cüdo üzrə Azərbaycan millisinin baş məşqçisi Rixard Trautman Avropa Cüdo İttifaqının (EJU) rəsmi saytına açıqlama verib. Matc.az xəbər verir ki, o, komandamızdakı fəaliyyəti ilə bağlı bunları söyləyib:
"Cüdo Azərbaycanda olimpiya medalı gözlənilən 3 əsas idman növündən biridir. Buna görə, əlbəttə, təzyiq var. Amma istənilən halda mənim üçün yaxşı çağırışdır".
Almaniyalı mütəxəssis ölkəsinin yığmasından ayrılmasının səbəbinə də toxunub. O bildirib ki, növbəti olimpiya tsiklində gələcək inkişafla bağlı fikir ayrılıqlarına görə, bu addım atılıb:
"Ona görə də razılaşmayacağımızı başa düşdük və əməkdaşlığı dayandırmağa qərar verdik".