Futbol üzrə Türkiyə 1-ci liqasında 35-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası "Bursaspor" da növbəti matçına çıxıb

Futbol üzrə Türkiyə 1-ci liqasında 35-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası "Bursaspor" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Manisaspor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:1.
 
Namik də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.
 
Bu gün digər azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin komandası "Keçiörengücü" də səfərdə "Bandırmaspor"u 2 cavabsız qolla üstələyib. Vüsal bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə daxil edilməyib.
 
"Bursaspor" 35 turdan sonra 38 xalla 19 kollektiv arasında 17-ci pillədə qərarlaşıb. "Keçiörengücü" isə 44 xalla 11-cidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest