04 May 2022, 10:41
ÇEMPİONLAR LİQASI
"Vilyarreal"ın baş məşqçisi Unay Emeri Çempionlar Liqasının yarımfinal mərhələsində "Liverpul "a uduzaraq mübarizəni dayandırmaları barədə danışıb. Matc.az xəbər verir ki, İspaniya təmsilçisi ilk matçda 0:2, cavab görüşündə isə 2:3 hesabı ilə məğlub olub.
"Vilyarreal"ın baş məşqçisi Unay Emeri çempionlar Liqasının yarımfinal mərhələsində "Liverpul "a uduzaraq mübarizəni dayandırmaları barədə danışıb. Matc.az xəbər verir ki, İspaniya təmsilçisi ilk matçda 0:2, cavab görüşündə isə 2:3 hesabı ilə məğlub olub. Emeri cavab qarşılaşmasından sonra təşkil olunan mətbuat konfransında deyib:
"Bizə daha çox çalışmalı idik. Etibarlı müdafiə olunmaq, rəqibin rahat şəkildə boşluq tapmasına imkan verməmək lazım idi. İlk hissə ruhlandırıcı idi. Jerar Morenonun ağrıları vardı. Ona görə də zərbələr vurmaqda çətinlik çəkirdi. İkinci hissədə o qədər də güclü deyildik. Yəni brincidəki kimi oynamadıq. Topa daha çox nəzarət etməli idik, lakin onların ilk qolu psixoloji durumumuza zərbə oldu. Nəfəsimiz kəsildi. Artıq "Liverpul"un təzyiqinə cavab verə bilmirdik. Mükəmməlliyə yaxın idik, lakin tam 90 dəqiqə eyni səviyyədə oynaya . Azarkeşlərin oyunumuzdan həzz aldığını bilirik. Bizim daha çox uğur qazanmaq və yaxşı çıxış etmək üçün inkişaf layihəmiz var".