29 Aprel 2024, 09:41
FUTBOL
“Mançester Siti” İngiltərə Premyer Liqasının XXXV turunda “Nottingem Forest”ə qalib gələrək, çempionluq uğrunda yarışda daha bir önəmli addım atıb. Matc.az xəbər verir ki, “şəhərlilər”in 2:0 hesabı ilə qalib gəldiyi görüşdə Kevin De Bruyne hər iki qolun məhsuldar ötürməsini verib.
Belçikalı futbolçu 18-ci dəfə bir Premyer Liqa görüşündə 2 və daha çox assist edib. Bu isə turnirdə mütləq rekorddu.
Qeyd edək ki, “Mançester Siti” hazırda Premyer Liqada turnir cədvəlinin ikinci pilləsində qərarlaşır.