“Kristal Pelas”ın müdafiəçisi Mark Qexi yayda komandasını dəyişməyə hazırlaşır. Matc.az xəbər verir ki, 23 yaşlı oyunçunun komandada qalmaq şansı az göstərilir.

İngiltərə millisinin üzvü Premyer Liqa nəhənglərindən təklif alıb. Mərkəz müdafiəçisi uğrunda “Mançester Yunayted” və “Arsenal” mübarizə aparırlar. Xüsusən də, Mançester təmsilçisi bir addım öndə göstərilir. Çünki Qexi “mankunianlar” üçün prioritetdi. Lakin bu transferə razılıq verən klub “Kristal Pelas”a 55 milyon funt sterlinq ödəməlidi.

Qeyd edək ki, Mark Qexinin “Kristal Pelas”la müqaviləsinin sonuna hələ iki il vaxt qalır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest