İngiltərə Premyer Liqasının XXXV turu "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola üçün əlamətdar olub. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssisin komandası səfərdə "Nottingem Forest" üzərində 2:0 hesablı qələbə qazanıb.

Bu, Qvardiolanın Premyer Liqada 300-cü matçı olub. Onun komandası bunun 221-də rəqiblərindən güclü olub. İspaniyalı liqa tarixində eyni sayda oyunda ən çox qələbə qazanan mütəxəssis rekordunu qırıb.

Yalnız dörd çalışdırıcı Premyer Liqada daha çox oyun keçirib: Yurgen Klopp "Liverpul"da (331), David Moyes "Everton"da (427), Aleks Ferqyuson "Mançester Yunayted"də (810), Arsen Venger isə "Arsenal"da (828) bunu bacarıb.

Qeyd edək ki, Pep Qvardiola 2016-cı ildən "Mançester Siti"ni çalışdırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest