04 May 2022, 12:28
ÇEMPİONLAR LİQASI
"Real"ın baş məşqçisi Karlo Ançelotti çempionlar Liqasının yarımfinalının "Mançester Siti" ilə cavab oyunundan əvvəl fikirlərini bildirib. Matc.az xəbər verir ki, italyan mütəxəssis matçla bağlı bunları deyib:
"Müdafiə olunsaq, qol vurmağa çətinlik çəkəcəyik. Bəzən risk almaq məcburiyyətində qalırsınız. çempionlar Liqasında PSJ-yə 4, "çelsi"yə 5, "Mançester Siti"yə 3 qol vurmuşuq. Tək xarakterlə finala çıxmaq mümkün deyil. Futbolçuların özünə inamına, fərdi bacarığına ehtiyacımız var".
Bu gün baş tutacaq "Real" - "Mançester Siti" matçı saat 23:00-da start götürəcək. Komandalar arasındakı ilk oyunda ingilislər 4:3 hesablı qələbəyə sevinib.