6-8 may aralığında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının  birgə təşkilatçılığı ilə yeniyetmə cüdoçular (U-15) arasında Azərbaycan birinciliyi təşkil olunacaq. Matc.az xəbər verir ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçiriləcək yarışda Azərbaycanın müxtəlif regionlarından, klublarından, cəmiyyətlərindən və idman təşkilatlarından 650-ə yaxın idmançı güclərini sınayıb, medallar uğrunda mübarizə aparacaqlar.
 
üç gün davam edəcək  turnirdə 2008-2010-cü il təvəllüdlü idmançılar iştirak edəcəklər.
 
Azərbaycan birinciliyinə seçim mərhələsində 1837 (131 qız, 1706 oğlan) idmançı iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest