Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa kubokuna yekun vurulub. Matc.az xəbər verir ki, 4-ü qız olmaqla 20 yeniyetmə cüdoçuyla turnirə qatılan Azərbaycan yığma komandası yarışı 3 qızıl, 1 gümüş, 5 bürünc medalla başa vurub.
 
9 medalla millimiz turniri 2-ci yerdə bitirib.
 
-55 kq
Şahin Oruczadə (qızıl)
 
-66 kq. 
Mehdi Cəfərov (qızıl)
 
-57 kq
Fidan Əlizadə (qızıl)
 
-50 kq
Məhəmməd Məmişov (gümüş)
 
-52 kq
Vüsalə Hacıyeva (bürünc)
 
-55 kq
Məhəmməd Musayev (bürünc)
 
-66 kq
Əbil Yusubov (bürünc)
 
-73 kq
Süleyman Əliyev (bürünc)
Əli Hacızadə (bürünc)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest