Bu gün Bakıda taekvondo üzrə hakimlər üçün beynəlxalq seminara start verilib. Matc.az xəbər verir ki, mayın 14-dək davam edəcək seminara dünyanın müxtəlif ölkələrindən 120-dən çox ədalət təmsilçisi qatılıb.
 
Azərbaycan Taekvondo Federasiyasının ev sahibliyi etdiyi, Dünya Taekvondo Federasiyası tərəfəndən keçirilən seminarda ATF-in vitse-prezidenti Niyaməddin Paşayev, DTF-in baş hakimi Ameli Moras,  Avropa Taekvondo Birliyinin baş hakimi Şakir çelbat, təlim direktoru Filipp Bouedo və təlimçi Yoo Jung Seok hakimləri salamlayaraq onlara uğurlar arzulayıb. 
 
Asiya, Avropa və Afrika ölkələrindən olan hakimlərin qatıldığı seminara yerli hakimlərdən beynəlxalq referi Gündüz Abdullayev, Oh Kvanq çeol, Elşad Məmmədov, Elşad Qüdrətli, Coşqun Nadirov, Ramal Camalov, Ramal Əsgərov, Aygül Abdullayeva, və milli hakim Jalə Əsədova da qatılıb.
 
Seminarlar gün ərzində iki dəfə, Azərbaycan  Bədən Tərbiyəsi və İdman  Akademiyasının akt zalında və Azərbaycan Taekvondo Federasiyasıın məşq zalında keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest