Bu gün Azərbaycan I Divizionunda XXV turun oyunları keçirilib. Matc.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.

MOİK-in "Neftçi-2" ilə oyununda qalib müəyyənləşməyib. "Kəpəz" səfərdə "Zaqatala" üzərində qələbəyə sevinibsə, "Turan Tovuz" "Səbail"in əvəzedicilərini 6 cavabsız qolla məğlub edib.

"Qarabağ"ın ikinci komandası "Qəbələ-2" ilə dueldən inamlı qələbə ilə ayrılıb. "Şamaxı-2" "Zirə"nin əvəzedicilərini böyük hesabla məğlub edibsə, "Sabah-2" də "Sumqayıt"ın əvəzedici komandasını məğlub yola salıb.

I Divizion
XXV tur

11 may

Qəbələ-2 – Qarabağ-2 0:2
Qol: Nəriman Axundzadə, 49; 78.
Hakimlər: Nicat İsmayıllı, Ruslan Quliyev, Teymur Teymurov, Elvin Bayramov
Qəbələ şəhər stadionu

Sabah-2 – Sumqayıt-2 2:0
Qol: İldar Ələkbərov, 55. Kamran Quliyev, 76.
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Taleh Məmmədov, Emin Əliyev
"Bank Respublika Arena"

Zaqatala – Kəpəz 0:1
Qol: Bəhruz Teymurov, 69.
Hakimlər: Rövşən Rəcəbov, Elmin Süleymanov, Vüqar Bayramov, Namiq Bəkirov
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu

MOİK – Neftçi-2 1:1
Qol: Elvin Nəsibov, 50 – Xəqani Sadıxov, 1.
Hakimlər: İnqilab Məmmədov, Elman Kərimov, Tərlan Talıbzadə, Səbuhi Bayramov
Binə qəsəbə stadionu,

Zirə-2 – Şamaxı-2 1:4
Qol: Nicat Məmmədov, 29 – Fuad Bayramov, 7. Qurban Səfərov, 19; 90. Tural Axundov, 76.
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Əli Əliyev
"ASK Arena"

Səbail-2 – Turan Tovuz 0:6
Qol: Səbayıl Bağırov, 2; 41; 86. Sadiq Şəfiyev, 13; 19; 69.
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Kərim Zeynalov, Cavid Cəlilov
"ASCO Arena"

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest