Sabah Türkiyənin Antalya şəhərində gənc (U-20) güləşçilər arasında "çempionlar" turniri start götürəcək. Matc.az xəbər verir ki, üç gün davam edəcək ənənəvi yarışda Türkiyə, Azərbaycan, Polşa, Norveç, Qazaxıstan, İtaliya, Almaniya, Danimarka və Gürcüstandan ümumilikdə 400 idmançı iştirak edəcək.
 
Sərbəst güləşdə böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Rövşən Hacıyevlə Əşrəf Əliyevin rəhbərliyi altında Nurəddin Novruzov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Əbülfəz Nəsirov, Ramik Heybətov (hər ikisi 65 kq), Maqomed-Başir Xaniyev, Sabir Cəfərov, Kənan Heybətov (hamısı 70 kq), Namus Orucov (74 kq), Soslan Tigiyev, Səbuhi Əmiraslanov (hər ikisi 79 kq), Fərid Cabbarov (86 kq), Abdulcəlil Şabanov və Zəfər Əliyev (hər ikisi 92 kq) mübarizə aparacaq.
 
Yunan-Roma güləşində böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında Fərid Sadıxlı (55 kq), Elmir Əliyev, Nihad Quluzadə (hər ikisi 60 kq), Ziya Babaşov, Təvəkgül Həziyev, Fərid Baxışlı (hamısı 63 kq), Kənan Abdullazadə, Fərid Xəlilov (hər ikisi 67 kq), Urfan Həsənli, Qurban Qurbanov, Ruslan Nurullayev (hamısı 72 kq), Rauf Əliyev (82 kq), Laçın Vəliyev (87 kq) və Heybulla Qistarov (130 kq) ölkəmizi təmsil edəcək.
 
Qadınların yarışında isə böyük məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Zemfira Həşimova, Əsmər Canqurtaran (hər ikisi 50 kq), Gültəkin Şirinova (53 kq), Elnurə Məmmədova (55 kq), Nərgiz Səmədova, Firuzə Məcidova, Züleyxa Seyidəliyeva (hamısı 57 kq), Birgül Soltanova (62 kq), Nigar Mirzəzadə (68 kq) və Mərziyə Sadıqova (72 kq) çıxış edəcək.
 
Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Zaur Şərifov turnirdə ədaləti qoruyacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest