Türkiyənin Alntalya şəhərində keçirilən güləş üzrə "çempionlar" turnirinə yekun vurulub. Matc.az xəbər verir ki, yarışın son günündə güləşçilərimiz 13 (6 qızıl, 2 gümüş, 5 bürünc) medal qazanıb.
 
Yunan-Roma güləşində Elmir Əliyevlə (60 kq) Laçın Vəliyev (87 kq) çempion olub. Nihad Quluzadə (60 kq) isə üçüncü yerə çıxıb. Beləliklə, yarışı 5 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vuran millimiz komanda hesabında 2-ci yeri tutub.
 
Qadın güləşində son günündə 1 dəstə medal əldə olunub. Birgül Soltanova (62 kq) qızıl, Gültəkin Şirinova (53 kq) gümüş, Nigar Mirzəzadə (68 kq) isə bürünc medalı boynundan asıb. Yekunda 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan yığmamız komanda hesabında 2-ci olub.
 
Yarışın son günündə sərbəst güləşçilər uğurlu çıxışla yadda qalıb. Ceyhun Allahverdiyev (61 kq), Sabir Cəfərov (70 kq) və Səbuhi Əmiraslanov (79 kq) qızıl, Kənan Heybətov (70 kq) gümüş, Maqomed-Başir Xaniyevlə (70 kq), Soslan Tigiyev (79 kq) və Abdulcəlil Şabanov (92 kq) isə bürünc medala sahib çıxıb. ümumilikdə 3 qızıl, 1 gümüş və 5 bürünc medal əldə edən komandamız ənənəvi yarışı 4-cü pillədə başa vurub.
 
Beləliklə, 3 gün davam edən turnirdə güləşçilərimiz 11-i qızıl, 5-i gümüş və 8-i bürünc olmaqla, ümumilikdə 24 medal əldə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest