Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Böyük Britaniyanın Mançester şəhərindəki Avropa çempionatında bürünc medal qazanıb. Matc.az xəbər verir ki, 58 kq-da çıxış edən idmançı mübarizəyə 1/4 finaldan başlayıb.
 
Bu mərhələdə özbəkistanlı Sanjarbəy Muntorova qalib gələn Zeynalov yarımfinala adlayıb və bürünc medalı təmin edib.
 
Finala gedən yolda onun rəqibi türkiyəli Əli özcan olub. Rəqibinə uduzan Azərbaycan təmsilçisi 3-cü yerlə kifayətlənib.
 
47 kq-da mübarizə aparan qadın parataekvondoçumuz Röyalə Fətəliyeva isə startda Türkiyə idmançısı Nurcihan Ekinci ilə dueldən məğlub ayrılaraq, medalsız qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest