Bu gün Aftandil Hacıyevlə yollarını ayıran "Səbail" yeni baş məşqçi axtarışını davam etdirir. Matc.az saytının əldə etdiyi məlumata görə, "dənizçilər"i bundan sonra Mahmud Qurbanov çalışdıracaq.
 
Tərəflər arasında danışıqlar uğurlu alınıb. Hər hansı bir sürpriz yaşanmasa, klub tezliklə Qurbanovu yeni baş məşqçisi kimi açıqlayacaq.
 
Qeyd edək ki, Mahmud Qurbanov 2018-ci ildən "Neftçi"nin əvəzedici komandasına rəhbərlik edir. O, daha öncə Azərbaycan yığmasında köməkçi, U-18 millimizdə, "Kəpəz" və "Tərəqqi"də baş məşqçi kimi çalışıb.
 
Sonda onu da xatırladaq ki, Mahmud Qurbanovun adı daha çox "Kəpəz"lə hallanırdı. Məsələ burasındadır ki, növbəti mövsümdən elitada mübarizə aparacaq Gəncə təmsilçisində Yaşar Vahabzadənin əvəzlənməsi gündəmdədir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest