"Milan"ın hücumçusu Rafael Leao A Seriyasında 2021/22 mövsümünün ən dəyərli oyunçusu olub. Matc.az xəbər verir ki, bu barədə liqanın rəsmi saytı məlumat yayıb.
 
22 yaşlı portuqaliyalı futbolçu 2021/22 mövsümündə "Milan"ın heyətində A Seriyasında 34 oyuna çıxıb, 11 qol vurub və 10 məhsuldar ötürmə verib.
 
Mövsümün sonunda "İnter"i 2 xal qabaqlayan Milan klubu İtaliya çempionu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest