Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Tellur Mütəllimov "Sumqayıt"dan ayrılıb.  Matc.az xəbər verir ki, 27 yaşlı futbolçu bunu sosial şəbəkə hesabında paylaşdığı yazı ilə açıqlayıb: 
 
"çətin olsa da, deməliyəm ki, 2 ildir uğurları üçün çalışdığım "Sumqayıt" klubundan ayrılıram. Burda yaxşı nəticələr qazandıq. Klubda çalışan hər kəsə, bütün azarkeşlərə təşəkkür edirəm. İnşallah, yollarımız yenidən kəsişər".
 
Tellur Mütəllimov 2020-ci ilin yayından "Sumqayıt"da çıxış edirdi. Sol cinah müdafiəçisi cari mövsümdə "kimyaçılar"ın heyətində meydana çıxdığı 27 oyunda 1 qol vurub.
 
Sonda onu da xatırladaq ki, Mütəllimov karyerasını "Sabah"da davam etdirəcək. Onun yeni klubu ilə yaxın günlərdə rəsmi müqavilə bağlaması gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest