 
 
	Ukrayna və Belarus komandaları avrokuboklarda bir-birinə rəqib olmayacaq. Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
	Xəbərdə bildirilir ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, avrokubokların püşkatmalarında sözügedən ölkələrin klubları bir-birinə rəqib olmayacaq. Qadağa növbəti xəbərdarlığadək qüvvədə olacaq.
	Bu qərar Belarusun Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə dəstək verməsi ilə əlaqədar qəbul edilib.
				
         	
                                             
               
 
             
 















