Bu gün Qəbələ şəhər stadionunda "Qarabağ" və "Zirə" komandaları arasında Azərbaycan kuboku uğrunda yarışın 2021/2022-ci illər mövsümünün final oyunu keçirilib.
Matc.az xəbər verir ki, qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə heç-heçə başa çatıb. Qalibi müəyyən etmək üçün əlavə iki hissə oynanılıb və burada da hesab dəyişməyib. Penalti seriyasını daha dəqiq yerinə yetirən "Qarabağ" yekunda 4:3 hesablı qələbə qazanıb.
Oyundan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatlandırma mərasimində AFFA-nın prezidenti Rövnəq Abdullayev, baş katib Sərxan Hacıyev və PFL-in prezidenti Ramin Musayev iştirak ediblər.