04 İyun 2022, 22:01
DÖYÜŞ NÖVLƏRİ
Avstriyanın Qras şəhərində gənclər arasında cüdo üzrə Avropa kubokuna start verilib. Matc.az xəbər verir ki, Azərbaycan cüdoçularından Vüsal Qələndərzadənin çıxışı uğurlu alınıb.
-73 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finala qədər irəliləyib. Həlledici görüşdə yaponiyalı cüdoçu Ryuqa Tanaka ilə qarşılaşan idmançımız yarışı gümüş medalla başa vurub.


_1763412430.jpg)
_1763412158.jpg)
_1763411611.jpg)







_1763398168.jpg)