07 İyun 2022, 11:46
DÖYÜŞ NÖVLƏRİ
Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Avstriyanın Qras şəhərində beynəlxalq təlim-məşq toplanışına start verilib. Matc.az xəbər verir ki, ötən gün başlayan və 3 gün davam edəcək təlim-məşq toplanışında Azərbaycanın gənclərdən ibarət milli komandasının 14 üzvü də iştirak edir.
Qeyd edək ki, cüdoçularımız 8-12 iyun tarixlərində Leybnits şəhərində keçiriləcək daha bir beynəlxalq təlim-məşq toplanışında iştirak edəcəklər.