08 İyun 2022, 01:27
DÇ-2026
DÇ-2022-nin pley-off mərhələsi çərçivəsində daha bir qarşılaşma baş tutub
Dç-2022-nin pley-off mərhələsi çərçivəsində daha bir qarşılaşma baş tutub. Matc.az xəbər verir ki, bu gün Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Avstraliya yığmaları qarşılaşıb.
Qətərin Əl-Rayyan şəhərində təşkil olunmuş qarşılaşma Avstraliyanın qalibiyyəti ilə yekunlaşıb - 2:1. Hesabı 53-cü dəqiqədə Cekson İrvayn açıb. Bundan 4 dəqiqə sonra Kannedo Kayo ərəblərin bərabərlik qolunu vurub. Lakin 84-cü dəqiqədə Aydin Xrustiç qələbə topunun müəllifi olub.
Bununla da Avstraliya qitələrarası seçmə oyuna vəsiqə qazanıb. İyunun 13-də baş tutacaq həlledici oyunda rəqib Peru millisi olacaq. Bu cütün qalibi Dç-2022-yə vəsiqə qazanacaq.
Dç-2022-yə sonuncu vəsiqə uğrunda görüş isə iyunun 14-də Kosta Rika və Yeni Zelandiya yığmaları arasında olacaq.