FIFA Qətərdə keçiriləcək dünya çempionatının rəsmi posterini təqdim edib. Matc.az xəbər verir ki, əsərin müəllifi yerli xanım rəssam Buteyne əl Muftahdır.
 
Əsas posterdə havaya atılan baş örtükləri təsvir olunub. Bunlar təkcə Qətərin deyil, bütün ərəb dünyasının bayramını simvolizə edir.
 
Əlavə 7 poster isə ailəni birləşdirən oyun kimi ərəb dünyasının futbola marağını göstərir.
 
Mundial 21 noyabr - 18 dekabr aralığında keçiriləcək. Dç-2022-də 32 ölkənin milli komandası gücünü sınayacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest