çempionlar Liqasının 2020/21 mövsümünün final qarşılaşmasına ev sahibliyi etmək üçün daha bir stadion öz namizədliyini açıqlayıb. Matc.az saytının məlumatına görə, Münhen şəhərinin meriyası nüfuzlu turnirin həlledici oyununu qəbul etmək istədiyini UEFA-ya bildirib.

29 may 2021-ci ildə keçirilməsi nəzərdə tutulmuş oyun üçün "Alyanz Arena" hazır vəziyyətə gətiriləcək.

Bu, sözügedən final üçün ikinci rəsmi müraciətdir. Daha əvvəl isə Sankt-Pterburq şəhərinin rəhbərliyi "Qazprom Arena"nın həlledici oyuna ev sahibliyi etmək üçün namizədliyini irəli sürmüşdü.

Müraciət üçün son tarix fevralın 15-nə təyin olunub. Yekun qərar isə bu ilin may ayında veriləcək.

Qeyd edək ki, Münhen şəhəri çL finalını 3 dəfə qəbul edib. 1993-cü ildə "Marsel" "Milan"a qalib gələrək (1:0) çempion olmuş, 1997-ci ildə "Borussiya" "Yuventus"u kuboksuz qoymuş (1997), 2012-ci ildə meydan sahibi "Bavariya" "çelsi"yə penalti zərbələrində uduzmuşdu.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest