Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə U-17 Avropa çempionatına yekun vurulub. Matc.az xəbər verir ki, yarışın 6-cı günündə sərbəst güləşdə son 5 çəkidə mübarizəyə start verilib.

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə U-17 Avropa çempionatına yekun vurulub. Matc.az xəbər verir ki, yarışın 6-cı günündə sərbəst güləşdə son 5 çəkidə mübarizəyə start verilib.
 
Sadiq Hüseynov (45 kq) qitə birinciliyinə inamlı start verib. Güləşçimiz əvvəlcə erməni Arman Harutyunyana (12:2), daha sonra isə türkiyəli Hacı Zadəyə (10:0) tam üstünlüklə qalib gələrək finala yüksəlib. Həlledici görüşdə Hüseynovun rəqibi gürcü Nikolos Botçorişvili olub. Rəqibinə göz açmağa imkan verməyən Sadiq 10:0 hesablı qələbəylə Avropa çempionu olub.
 
Mübarizəyə 1/4 finaldan qoşulan Elman Ağayev (51 kq) çətinlik çəkmədən finala yüksəlib. Təmsilçimiz gürcü Laşa Qoqadze (10:0) və türkiyəli Mustafa Karabuğanı (14:3) tam üstünlüklə məğlub edərək adını finala yazdırıb. Ağayev son görüşdə erməni Narek Hakobyanla münasibətləri aydınlaşdırıb. Prinsipial görüşdən 6:0 hesablı qələbəylə ayrılan yeniyetmə pəhləvanımız komandamızın hesabına 6-cı qızıl medalı yazdırıb.
 
Ağa Qasımov (60 kq) təsnifat mərhələsində ukraynalı Boqdan Oleksiyenkodan (10:2), 1/8 finalda estoniyalı Janar Lipsdən (11:4), 1/4 finalda moldovalı Yon Berqidən (4:3), yarımfinalda isə polşalı Dominik Yakub Yaquşdan (13:2) güclü olub. Qasımov finalda türkiyəli Abdullah Toprakla bacarmayıb (0:4) və gümüş medalı boynundan asıb.
 
Ağanəzər Novruzov (71 kq) rumıniyalı Konstantin Morar (13:2) və isveçrəli Nik Şerrerə (12:1) vaxtından əvvəl qalib gələrək 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə polşalı Bartlomey Novakovskini 8:2 hesablı qələbəylə mübarizədən kənarlaşdıran Novruzov yarımfinalda bolqar Kaloyan Atanasovla bacarmayıb - 0:6. Ağanəzər bürünc medal uğrunda erməni Razmik Yepremyanla dramatik görüş keçirib. Qarşılıqlı xalların qeydə alındığı qarşılaşmada son saniyələrdə uğurlu fəndi icra edən Novruzov fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. 
 
Rəvan Musayev (92 kq) ilk mərhələdə litvalı Armanis Tomas Barsamyanı yolundan kənarlaşdırıb - 8:5. 1/4 finalda macarıstanlı Musa Arsunkayevə 2:8 hesabıyla məğlub olan Musayev bürünc medal görüşündə ukraynalı Yaroslav Lisniaka da uduzaraq (0:2) 5-ci yerlə kifayətlənib.
 
Beləliklə, sərbəst güləş üzrə milli komandamız Avropa çempionatını 6 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest