Azərbaycan Taekvondo Federasiyasında (ATF) Xorvatiyanın paytaxtı Zaqreb şəhərində gənclər vəyeniyetmələr arasında keçirilən "Croatia Open" beynəlxalq turnirindən qayıdan taekvondoçularla görüş keçirilib. Matc.az xəbər verir ki, tədbirdə iştirak edən ATF-in vitse-prezidentləri Nağı Səfərov, Niyaməddin Paşayev və İdarə heyətinin üzvü  Vüqar Məmmədov mükafat qazanan idmançıları təbrik ediblər.
 
N.Səfərov yeniyetmə taekvondoçuların çıxışını uğurlu adlandırıb. O bildirib ki, onlar üçün ilin ilk yarışı olan bu turnirdə 7 qızıl, 3 gümüş və 4 bürünc medal qazanmaq böyük nailiyyətdir.
 
Niyaməddin Paşayev baş məşqçi Elnur Amanov və Vurğun Cəfərovun  komandaya yeni təyin olumağna baxmayaraq onlar üçün də ilk yarışı uğurlu saydığını qeyd edib.
 
Yeniyetmələrdən ibarət millinin baş məşqçisi Elnur Amanov komandasının əldə etdiyi nəticəyə görə sevindiyini vurğulayıb və göstərilən dəstəyə görə federasiya rəhbərliyinə təşəkkürünü bildirib.
 
Sonda idmançılarla birgə xatirə şəkli çəkdirilib.
 
Xatırladaq ki, iyunun 18-19 tarixlərində Xorvatiyanın Zaqreb şəhərində "Croatia Open" beynəlxalq tuniri keçirilib. G2 kateqoriyalı beynəlxalq turnirdə eniyetmələrdən ibarət yığma komandamız açıq birincilikdə 7 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıb. Baş məşqçi Elnur Amanov və böyük məşqçi Vurğun Cəfərovun etimad göstərdiyi heyətdə Zəhra İsayeva (-29 kq), Gülü Zamanlı (-33 kq), Mehdi Budaqlı (-33 kq), İlyas Hətəmli (-37 kq), Vüqar Aslanov (-45 kq), Tamerlan Yaqubov (-49 kq) və Vasif Səlimov (-53 kq) yarışın qalibi olublar. Səfər Behbudzadə (-33 kq), Abdülsübhan Dadaşlı (-57 kq) və Rahil Umudov (-61 kq) yalnız finalda məğlub olaraq, gümüş mükafata yiyələniblər. Yeniyetmə taekvondoçularımızdan Şəms Əlizadə (-47 kq), Yunis Hüseynov (-61 kq), Elcan Əlizadə (65 kq) və Nihad Həsənov (+65 kq) bürünc medala layiq görülüblər. Bu nəticələrdən sonra yeniyetmələrdən ibarət millimiz həm oğlanların, həm də qızların çəkisində birinci olublar.
 
Gənclərdən ibarət yığma komandamız isə turniri 7 medalla başa vurub. Baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədovun yer ayırdığı heyətdə ən yaxşı nəticəni 42 kq çəki dərəcəsində Zemfira Həsənzadə göstərib. Qadın taekvondoçumuz yarışın gümüş medalına sahib çıxıb. Digər gənc idmançılarımızdan Pünhan Mürsəlov (-48 kq), Adil Eyvazov (-51 kq), Erkan İşli və Fərid Əliyev (hər ikisi -59 kq), Nizami Hacıyev (-63 kq) və Səlimə Quliyeva (-44 kq) turniri bürünc mükafatla başa vurublar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest