Aleksis Sançesin performansında narazı olan "Sevilya" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Matc.az xəbər verir ki, Əndəlus təmsilçisinin əsas hədəfi "Fənərbaxça"da çıxış edən Marko Asensiodur. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

La Liqa klubu ispaniyalı hücumameyilli yarımmüdafiəçini yanvar ayında transfer etmək istəyir. "Sevilya" 29 yaşlı futbolçu üçün İstanbul nəhəngi ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Fənərbaxça" Marko Asensionu mövsümn əvvəlində PSJ-dən 7,5 milyon avroya transfer edib. Təcrübəli oyunçu komandanın heyətində keçirdiyi 9 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest