31 Oktyabr 2025, 17:25
                
                
                
                                FUTBOL 
                                
                
               
              Benin millisi bir neçə günlük hazırlıqdan sonra Mərakeşin Rabat şəhərinə səfər edəcək və yarımmüdafiəçi noyabrın 18-də Burkina Faso ilə orada keçiriləcək yoldaşlıq oyununda debüt edəcək.
				  
 
"Araz-Naxçıvan"ın üzvü Felipe Santos Benin millisinin təlim-məşq toplanışına dəvət alıb.
Matc.az xəbər verir ki, o, noyabrın 10-da yeni komandasının Kotonuda təşkil ediləcək hazırlıq prosesinə qoşulacaq. Benin millisi bir neçə günlük hazırlıqdan sonra Mərakeşin Rabat şəhərinə səfər edəcək və yarımmüdafiəçi noyabrın 18-də Burkina Faso ilə orada keçiriləcək yoldaşlıq oyununda debüt edəcək.
Qeyd edək ki, braziliyalı futbolçuya bir müddət əvvəl Benin pasportu təqdim edilib.

 
             
 















