31 Oktyabr 2025, 14:58
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				 _1761922707.jpg) 
 
"Yuventus"un hücumçusu Conatan Devid karyerasını İngiltərədə davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Tottenhem" Turin təmsilçisində ümidləri doğrultmayan kanadalı forvardı icarəyə götürmək istəyir. London klubu yaxın zamanda 25 yaşlı futbolçu üçün "ağ-qaralar"la danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, Conatan Devid mövsümün əvvəlində "Yuventus"a keçib. Kanada millisinin üzvü "qoca sinyora"nın heyətində keçirdiyi 10 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.

 
             
 















