Sabah Rumıniyada cüdo üzrə Açıq Avropa turnirinə start veriləcək. Matc.az xəbər verir ki, böyüklər arasında keçiriləcək turnirdə iştirak edəcək idmançılarımız artıq Rumıniyaya yollanıb.
 
Kluj-Napoka şəhərində keçiriləcək və iki gün davam edəcək turnirdə Azərbaycanı 14 kişi və 3 qadın cüdoçu təmsil edəcək.
 
Kişilərdən ibarət yığmanın idmançıları böyük məşqçisi Elçin İsmayılov və məşqçi Mehman Əzizov, qadınlardan ibarət yığmanın idmançıları isə baş məşqçi Rəşad Məmmədovun rəhbərliyi altında  çıxış edəcək.
 
ACF-in B kateqoriyalı beynəlxalq dərəcəli hakimi Arzu Acalova turnirdə ədalət təmsilçiləri arasında yer alacaq.
 
33 ölkədən 62 qadın və 150 kişi cüdoçunun yarışacağı turnirdə iştirak edəcək idmançılarımızın siyahısı belədir:
 
Kişilər
 
-60 kq
Rəşad Yelkiyev
Nazir Talıbov
 
-66 kq
Ruslan Paşayev
Tofiq Məmmədov
Tofiq Əliyev
Elçin Hüseynov
 
-73 kq
Nəriman Mirzəyev
Telman Vəliyev
Nurlan Osmanov
Zaməddin Poladov
 
-81 kq
Hasil Cəfərov
Kərim Allahverdiyev
 
-90 kq
Murad Fətiyev
 
+100 kq
İmran Yusifov 
 
Qadınlar
 
-48 kq
Ramilə Əliyeva
 
-70 kq
Südabə Ağayeva
Günel Həsənli

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest