 
 
	"Bayern"dən ayrılan futbolçu Korentin Tolissonun yeni klubu müəyyənləşib. Matc.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Fransanın "Olimpik" (Lion) klubu ilə 5 illik müqavilə imzalayıb.
	Tolisso 2017-ci ilin yayında məhz bu klubdan "Bayern"ə keçmişdi. O, 5 dəfə Bundesliqa çempionu, 1 dəfə UEFA çempionlar Liqasının, 2 dəfə isə ölkə kubokunun qalibi olub.
	Tolisso həmçinin Fransa millisinin heyətində 2018-ci ildə dünya çempionluğunu qazanıb. O, "Bayern"də 118 oyunda 21 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.
				
         	
                                             
               
 
             
 






_1761908608.jpg)


_1761905491.jpg)





