İtaliyanın "Milan" klubu ötən mövsümün əvvəlində "Roma"dan icarəyə götürdüyü Alessandro Florensinin transfer hüquqlarını da alıb. Matc.az xəbər verir ki, bu barədə sözügedən klubların rəsmi saytları məlumat yayıb.
 
31 yaşlı futbolçu milanlılarla 3 illik rəsmi müqavilə bağlayıb. Onun yeni mövsümdən 25 nömrəli formanı geyinəcəyi diqqətə çatdırlıb. İtaliya yığmasının da üzvü olan futbolçu geridə qalan mövsümdə "Milan"ın heyətində 30 oyuna 2 qol vurub.
 
"Milan" qapıçısı Antonio Mirante ilə də yeni müqavilə imzalandığını açıqlayıb. Yeni müqaviləyə əsasən o, 2023-cü ilin yayına qədər bu komandada qalacaq. 38 yaşlı qapıçı 2021-ci ilin oktyabrından "Milan"da çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest