Cüdo üzrə yeniyetmə qızlardan ibarət Azərbaycan milli komandası Türkiyəyə təlim-məşq toplanışına yollanıb. Matc.az xəbər verir ki, iyulun 4-dən başlayan hazırlıq prosesinə məşqçi Elnur İsmayılovun rəhbərliyi altında 13 cüdoçu cəlb olunub.
 
Ankara şəhərində təşkil olunmuş toplanış iyulun 17-nə qədər davam edəcək. 
 
Komandamızın üzvləri 24-30 iyulda Slovakiyada təşkil olunacaq Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcəklər. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest