ABŞ-ın Birmingem şəhərində keçiriləcək ümumdünya Oyunlarında Azərbaycanı təmsil edəcək kikboksçu Bəhram Rəcəbzadənin ilk rəqibi bəlli olub. Matc.az xəbər verir ki, 91 kq-dan yuxarı çəki dəcərəsində K1 üsulu ilə çıxış edən idmançı 1/4 finalda monteneqrolu Miroslav Vuyoviçlə qarşılaşacaq.
 
Dünya çempionu yarımfinala adlayacağı halda, Oskar İquera (Venesuela) – Roman Şerbatyuk (Ukrayna) cütünün qalibi ilə görüşəcək.
 
ümumdünya Oyunlarında kikboksinq yarışları 10-15 iyulda təşkil olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest